Yan
2020
17:27
106
102
12448
Virtual karabakh

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan 10 ad bunlar olub - SİYAHI

6 Yan, 2020
17:27
12448

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan 10 ad bunlar olub - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il ərzində Azərbaycanda qız və oğlan uşaqlarına ən çox qoyulan 10 ad müəyyənləşib.

Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, ötən il ərzində qızlara ən çox verilən ad Zəhra olub. Keçən il 2468 qıza Zəhra adı verilib.

Ümumilikdə, 2019-cu ildə qızlara qoyulan ən məşhur 10 ad Zəhradan sonra Zeynəb (1706), Məryəm (1603), Aylin (1587), Nuray (1545), Fatimə (1452), Mələk (1415), İnci (1111), Dəniz (1087), Nilay (1008) olub.

2019-cu ildə oğlanlara ən çox qoyulan ad Yusif olub. Həmin ildə 2464 oğlan uşağına Yusif adı verilib.

Keçən il oğlan uşaqlarına ən çox qoyulan 10 ad Yusifdən sonra Əli (2262), Hüseyn (1977), Uğur (1921), Ömər (1424), Məhəmməd (1311), Murad (1305), Ayxan (1061), Tunar (920), Raul (799) olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri