Yan
2020
11:33
15
200
3792
Virtual karabakh

Rusiyada azərbaycanlı bıçaqlandı

7 Yan, 2020
11:33
3792

Rusiyada azərbaycanlı bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sankt-Peterburq şəhərinin Vıborsk rayonunda 22 yaşlı Azərbaycan vətəndaşı bıçaqlanıb. 

78.ru xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

50 yaşlı azərbaycanlı yaxın qohumu olan şəxsi yaralı halda xəstəxanaya çatdırıb. 

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Məlumatlara görə, 22 yaşlı azərbaycanlı sinəsindən bıçaqlanıb. 

Zərərçəkmişin dayısı deyib ki, bacısı oğlu Santyaqo-de-Kuba küçəsi ilə Lunaçarsk prospektinin kəsişməsində naməlum şəxslə mübahisə zəminində xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri