Yan
2020
17:27
10
196
5256
Virtual karabakh

Bakının bu rayonu niyə susuz qalıb? - “Azərsu” cavab verdi

7 Yan, 2020
17:27
5256

Bakının bu rayonu niyə susuz qalıb? - “Azərsu” cavab verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonunun bir hissəsi iki gündür susuz qalıb.

Oxu.Az xəbər verir ki, rayonun Cəmşid Naxçıvanski küçəsi, 72 saylı binada iki gündür içməli suyun verilişində məhdudiyyətlər yaranıb. 

Susuzluq bayram günlərində su çənləri olmayan sakinlərə çətinlik yaradıb.

Məsələ ilə bağlı “Azərsu”  Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı Oxu.Az-a bildirib ki, suyun verilişindəki fasilələr xətdə baş vermiş qəza ilə əlaqədardır.

“Qeyd olunan ünvanda qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı təmir işləri başlayıb və bu gün başa çatdırılacaq”, – deyə o bildirib.  

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri