13 
Yan
2020
10:54
13
193
4353
Virtual karabakh

Bakıda nömrəsiz maşın sürən şəxs təhlükəli anlar yaşatdı - VİDEO

13 Yan, 2020
10:54
4353

Bakıda nömrəsiz maşın sürən şəxs təhlükəli anlar yaşatdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda əlillər üçün verilən maşının sürücüsü təhlükəli anlar yaradıb.

Oxu.Az-ın məlumatına görə, dövlət nömrə nişanı olmayan avtomobili idarə edən şəxs əks yola çıxaraq, nəqliyyatın digər iştirakçılarına mane olub.

Hadisə Mehdiabad qəsəbəsi ərazində baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb:

“Təqdim olunmuş videogörüntülərə baxış keçirilib. Əlavə olaraq ərazidə quraşdırılmış xüsusi texnika vasitəsilə baxış keçiriləcək. Faktla bağlı araşdırma aparılacaq. Qanunvericiliyə uyğun olaraq, sürücü barəsində tədbirlər görüləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri