13 
Yan
2020
13:58
147
25
18557
Virtual karabakh

Məktəblilərin qış tətilinin vaxtı açıqlandı

13 Yan, 2020
13:58
18557

Məktəblilərin qış tətilinin vaxtı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə qış tətilinin vaxtı məlum olub.

Oxu.Az-ın məlumatına görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. 

Ümumtəhsil məktəblərində beş günlük qış tətili olacaq.

Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, şagirdlər üçün beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə beş günlük əlavə yaz tətili (1-5 may) olur.

Xatırladaq ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri