13 
Yan
2020
20:16
145
41
7120
Virtual karabakh

Baş nazirdən magistratura imtahanları ilə bağlı mühüm qərar - Bir mərhələ olacaq

13 Yan, 2020
20:16
7120

Baş nazirdən magistratura imtahanları ilə bağlı mühüm qərar - Bir mərhələ olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti Baş nazir Əli Əsədovun Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər haqqında qərarını şərh edib.

Nazirlər Kabinetindən Oxu.Az-a bildirilib ki, dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, qərar magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

Hazırda isə imtahanlar iki mərhələdə aparılır:

I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;

II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri