14 
Yan
2020
16:58
40
108
3264
Virtual karabakh

Sözünün arxasında dur

14 Yan, 2020
16:58
3264

Sözünün arxasında dur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Əgər tale sizə limon göndərirsə, ondan limonad hazırlayın (Deyl Karnegi).

Gənc olarkən təcrübəmiz az olur, çox səhvlərə yol veririk. Yaşlandıqca, başımız daşdan-daşa dəyir, təcrübə toplayırıq, amma zaman ötüb keçir, keçmişə baxanda səhvlərimizi görüb heyfslənirik. Buna baxmayaraq, bir çox insan təcürbəsi ilə bölüşməyə xəsislik edir.

Ən başlıca səhvlərdən biri çətinliklərlə qarşılaşanda baş verir. Həyatımızda çətin bir hadisə baş verəndə onu faiciə kimi qəbul edirik. O zaman çox adam “mənim bəxtim yoxdur!”, - deyir. O anda stress yaşayaraq, özünə qapılır, ağlayır və özünü daxildən “yeyir”. Amma daxilən güclü insanlar belə halları öz xeyrinə çevirə bilir. Məhz çətinliklər yarananda insan beyni daha yaxşı işləməyə başlayır və yeni yollar araşdıraraq, məqsədinə yetirir.

Uşaqlıqdan “həyat çətinliklərlə doludur”, “həyat qısadır”, “əziyyətsiz heç nə olmur” və buna bənzər ifadərlə beynimizi doldururlar. Əslində, onlar yanlışdır. Çünki həyatda hər şey sadə və asan olmaldır.

Uğur qazanmaq, yaxud arzuya nail olmaq üçün yetər ki, istək olsun, qarşına məqsəd qoyasan və ona tərəf hərəkət edəsən. Bu yolda çətinlik yaranarsa deməli, səhv yol ilə gedirsən yolu dəyişib, digər istiqamətdə getmək lazımdır.

Düşünüb vəziyyəti analiz etmək lazımdır, daxildən gələn səsi dinləmək. Yaxud, bir az gözləyirsən, başqa tərəfdən “qapı açılır”, daxil olursan və çox rahatlıqla məqsədinə yetirsən. Əlbəttə ki, bu məqsəd heç kimə zərər yetirməmək şərti ilə olmalıdır, çünki belə halda çətinliklər yaranacaq. Həyat, yaxud tale bizi səhvlərdən qoruyur və bizə ən yaxşı olan yolu göstərir. 

Hər bir xəstəliyin və hadisənin psixosomatik (şüuraltı) səbəbləri var. Bunu hər bir psixoloq bilir, internetdə bu haqda minlərlə məqalələr var. Yəni hər hansı xəstəliyə düçar olan insanın həyatında və şüurunda böyük problemlərdən xəbər verir və onları həll etməyə yönəldir. Əgər heç nə etməsə, bu hallar daha pis nəticələrlə təkrar olunacaq. 

Məsələn, baş ağrısı, miqren və boğaz ağrısı - özünə güvənin az olması, ürək ağrısı - insana qarşı sevginin hiss etməməsi, ciyərlər - həyatda özünə maddi məhdudiyyətlərin qoyulması, ayaqlar və diz - həyatın çətin olmasını düşünəndə, bel - maliyyə probleminin olması,  çiyin - dəstəyin çatışmaması, mədə - məlumatın qəbul edilməməsi haqqında xəbər verir. 

İnsanın beynindəki şüuraltı onun həyatına çox böyük təsir edir. Hələ uşaq yaşlarından insan psixoloji travmalar alaraq böyüyür. Həmin travmalar proqrama çevrilir və insanı həyatı boyu izləyərək, başqa problemlərə transformasiya edir. İlk növbədə onlardan azad olmaq lazımdır, bunun üçün mütəxəssislərə müraciət etmək lazımdır.

Şüuraltından istifadə edərək, istəyə nail olmaq da mümkündür. Məsələn, elə götürək yeni ilin başlanğıcını. Yanvar ayının əvvələrində özünüzə yeni ildə nə istədiyinizi və ona necə nail olacağınızı kağıza yazın. Psixloloqların dediyinə görə, əl ilə məlumat şüuraltına daha sürətlə çatır.

Bəlkə, kimsə belə məlumat ilə birinci dəfə qarşılaşır, kimsə eşidib, kim isə bunu sınaqdan keçirib və istifadə edir. Tanıdığım bəzi adamlar “Secret” (Sirr) kitabı ilə tanışdır. Onu “YouTube”da dinləmək olar. Amma nə qədəri onu həyatında tətbiq etdiyi sual altındadır. 

Mən “Secret” kitabı ilə tanış olandan sonra, dərhal həyatımı dəyişdirdim və bu teoriyanın doğurdan da işləməsinə şahid oldum. Ən başlıca mesaj isə, arzularınıza yetmək üçün onu düşünüb istəməkdir. Hətta istəklərinizin şəkilini toplayaraq “arzu lövhəsi” yaratmağı məsləhət görürlər. Gündəlik şəkillərə baxaraq, onların şüuraltına həkk olunmasına yol açır və onlara yetməyə kömək edir.

İlk baxışdan bunlar fantastika kimi görünə bilər. Amma mən bunları sınaqdan çıxararaq istəklərimə nail olmuşam. İnanmayacaqsınız, uzun illər öncə çoxdankı arzuladığım avtomobili çox asanlıqla və inanılmaz şərtlərlə əldə etmişdim. Onda bunun necə baş verdiyini anlamırdım.

İnsan nə zaman xoşbəxt olur? Əlbəttə ki, arzularına yetəndə. Sizə də arzularınıza yetməyi arzulayıram. Ən önəmlisi isə onu bilin ki, dediyiniz hər bir söz həyatınıza təsir edir. Odur ki, dediyiniz sözün arxasında durun!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri