15 
Yan
2020
13:57
14
156
7518
Virtual karabakh

Baş həkim xəstəxanada bir gecədə iki nəfərin ölməsinin səbəbini açıqladı - ÖZƏL

15 Yan, 2020
13:57
7518

Baş həkim xəstəxanada bir gecədə iki nəfərin ölməsinin səbəbini açıqladı - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həkimlərin hər iki xəstə üçün zəruri olan bütün tədbirləri görməsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Bu sözləri Oxu.Az-a açıqlamasında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunun baş həkimi İman Rzayev deyib.

O bildirib ki, xəstələrdən biri ürək-ağciyər çatışmazlığından, digəri isə qanaxmadan vəfat edib:

“Hər iki xəstə Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə alıb. Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev ürək-ağciyər çatışmazlığından əziyyət çəkirdi. Müalicə dövründə həkim personalı əllərindən gələni ediblər. Hətta xəstə müalicə dövründə kəskin reaksiya göstərərək həkimlərin üzərinə bıçaq da çəkmişdi.

Digər xəstə Lerik rayon sakini 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu isə qanaxma ilə daxil olub. Əvvəl vəziyyətinə uyğun olaraq cərrahiyə, daha sonra isə reanimasiya şöbəsinə yerləşdirilib. Gecə saatlarında qəflətən xəstənin ağciyərlərində qanaxma başlayıb və boğulmadan dünyasını dəyişib. Həkimlər hər iki xəstə üçün əllərindən gələni etsə də onların həyatını xilas etmək mümkün olmayıb”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri