18 
Yan
2020
10:43
27
662
19731
Virtual karabakh

Bakıda həkim əməliyyat etdiyi qadına yumruq vurdu: Xəstəxanadan açıqlama - YENİLƏNİB + FOTO

18 Yan, 2020
10:43
19731

Bakıda həkim əməliyyat etdiyi qadına yumruq vurdu: Xəstəxanadan açıqlama - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində elə bir hadisə olmayıb, ola bilməz. Sadəcə mən bir söz demək istəyirəm ki, xəstələrə xoş münasibət göstərilir, pulsuz müayinələr olur, ən son aparatlarla yüksək səviyyəli əməliyyatlar həyata keçirilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilat-metodik bölməsinin rəhbəri Yazgül Abdıyeva ötən gün mərkəzdə həkimin əməliyyat masasında xəstəni vurduğuna dair iddialara cavab verərkən deyib.

O bildirib ki, həkim Emil Hüseynov belə hərəkətə yol verə bilməz:

“Mən 100 faiz bilirəm ki, Emil Hüseynov elə hərəkət etməyib. Ola bilər, aparatla nəsə olsun. Emil Hüseynov bizim ən yaxşı həkimlərdən biridir. Mən bunu şöbə rəhbəri kimi demirəm, onu çox gözəl tanıyıram. Bütün xəstələrin çox sevdiyi həkimlərdən biridir. Heç vaxt ola bilməz ki, həkim xəstəni vursun, mən inanmıram”.

Y.Abdıyeva deyib ki, xəstə əməliyyatdan çıxanda üzündə heç bir əlavə izlər, şişkinlik olmayıb:

“Həmin xəstə üç ay əvvəl insult keçirib. Bu səbəbdən narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat həyata keçirilib. Həkim deyir ki, əməliyyat zamanı xəstə başını sabit saxlamayıb. O da məcburən əməliyyat zamanı xəstənin çənəsindən tutub ki, prosesin gedişatı pozulmasın.

Linza qoyan zaman xəstə başını tərpədəndə düz yerinə oturmur və bu, fəsadlar yarada bilər. Xəstə əməliyyatdan çıxanda hər kəsdən razılıq edərək gedib. Görünür, sonradan xəstəni kimsə öyrədib.

Həkim necə xəstəni vura bilər? Hələ söyüş söymək, ümumiyyətlə, inandırıcı deyil. Bu həkim 2005-ci ildən bu günə qədər üç min pulsuz əməliyyat keçirib. Mərkəzin ən yaxşı həkimlərindən biridir”.

Y.Abdıyeva onu da bildirib ki, həkimin xəstəyə zəng edərək üzr istəməsi və əməliyyat pulunu geri qaytarmaq istəməsi kimi iddialar doğru deyil.

Qeyd edək ki, dünən 1945-ci il təvəllüdlü Yuliya Kamolovanın oğlu anasının əməliyyat masasında üzündən vurulması ilə bağlı məlumat yayıb. O iddia edib ki, anası həkim tərəfindən yumruqla vurulub və onun üzündə şiş əmələ gəlib.

Könül Cəfərli

17 yanvar, 21:31

Bakıdakı göz kliniklarından birində dünən gözündə katarakta əməliyyatına girən qadının başına ağlasığmaz hadisə gəlib.

Belə ki, xəstə yaşlı qadın əməliyyatxanadan ağlaya –ağlaya, üzündə göyərmə və hematoma ilə çıxıb.

Bu barədə Medicina.az-a xəstənin qızı məlumat verib.

“Anam 2 dəfə insult keçirib, nitqində bir az qüsur var. Gözündə katarakta əməliyyatı ilə bağlı xəstəxanada Emil Hüseynov adlı həkimlə danışmışdıq. İlk söhbətdə həkim yaxşı təəssürat bağışladı. Həkim xəstənin insultdan sonra bir qədər narahat olduğunu bilirdi. Əməliyyat günü bizə səhər 8-də gəlin dedilər, anamı içəri aldılar, amma xəstə yaxınlarını buraxmadılar. Biz, digər xəstə yaxınları da 1 saat soyuq, yağışlı havada küçədə dayanmalı olduq. Anam əməliyyatdan çıxanda şoka düşdük. O, göz yaşları içində, üzü göyərmiş, şişmiş halda idi. Elə bildik, əməliyyatda belə olur. Bir anlıq duruxduq. Amma sonra düşündük ki, gözdə zərgər dəqiqliyi ilə aparılan əməliyyatda anamın üzü niyə göyərsin? Anam ağlamaqdan boğula-boğula anlatdı ki, onu həkim Emil Hüseynov içəridə söyüşlə təhqir edərək, yanağından vurub.

Baş həkimin qəbuluna gedib, məsələni danışdıqda, “belə şey ola bilməz” deyib, heç həkimi çağırmadılar”.

Elə xəstəxanadaca 102 xidmətinə şikayət edib, məsələni rəsmiləşdirən xanıma bir neçə dəqiqə sonra Emil Hüseynov özü zəng edərək, şikayəti geri götürmək üçün xahiş etməyə başlayıb:

“Həkim dedi ki, bəzi səbəblərdən əsəblərini cilovlaya bilməyib və xəstəni yüngülcə vurub: “Hər kəsdə belə hal ola bilər. Pulunuzu qaytarıb, üzr istəyə bilərəm”. Mənsə bu təklifdən imtina edib, şikayətimdə qaldım. İndi hüquq-mühafizə orqanlarından müdaxilə gözləyirəm, anamı ekspertdən də keçirəcəyəm”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri