20 
Yan
2020
04:55
8
172
4331
Virtual karabakh

Əks yola keçmək istədi, qəza törətdi – YENİLƏNİB + FOTO/VİDEO

20 Yan, 2020
04:55
4331

Əks yola keçmək istədi, qəza törətdi – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gecə radələrində baş verən qəzanın bəzi təfərrüatları aydın olub.

Oxu.Az xəbər verir ki, hərəkət qaydalarını pozan “BMW” əks yola keçmək istəyərkən qəza törədib.

Hadisə yerinə gələn polis əməkdaşları qəza törədən sürücünün hadisə yerindən qaçdığını  bildiriblər.

02:26

Bakıda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza Neftçilər prospektilə Yusif Səfərov küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, "BMW" markalı avtomobilin sürücüsü Yol hərəkəti nişanının tələbini pozaraq Yusif Səfərov küçəsinə daxil olub.

Yüksək sürətlə hərəkətdə olan nəqliyyat vasitəsi əks yolda gedən "Naz Lifan" markalı avtomaşınla toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb edilib. Polis əməkdaşlarının verdiyi məlumata görə, "BMW" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsilə birgə hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri