24 
Yan
2020
11:55
8
110
3557
Virtual karabakh

Xətaidə icazəsiz tikinti ilə bağlı rəsmi açıqlama: “Ərazi şəxsi mülkdür”

24 Yan, 2020
11:55
3557

Xətaidə icazəsiz tikinti ilə bağlı rəsmi açıqlama: “Ərazi şəxsi mülkdür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonu, Gəncə prospekti 2942 A ünvanında, “Şəms” şadlıq evinin arxasında prospektə çıxışı olmayan və 269 saylı məktəbin önündə inşa edilməsinə hazırlıq görülən tikinti ilə bağlı məlumat vermişdik.

Sakinlər bununla bağlı Xətai Rayon İcra Hakimiyyətinə şikayət etsələr də, onlara cavab verilməyib.

Oxu.Az Xətai Rayon İcra Hakimiyyəti ilə məsələ ilə bağlı əlaqə saxlayıb.

İcra Hakimiyyətindən bildiriblər ki, sözügedən ərazidə tikinti ilə bağlı hazırlıq görülsə də, qarşısı alınıb. Hazırda həmin ərazidə tikinti işləri aparılmır:

“Bizdə olan məlumata görə, həmin ərazi özəl mülkdür”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, mövzu ilə bağlı ilk məlumatı Axar.az saytı yayıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri