24 
Yan
2020
12:31
37
108
15293
Virtual karabakh

Bakı Polisindən məktəbliləri oğurladığı deyilən qadınla bağlı RƏSMİ AÇIQLAMA - FOTO

24 Yan, 2020
12:31
15293

Bakı Polisindən məktəbliləri oğurladığı deyilən qadınla bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəklərdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb.

Bunu Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, Bakı şəhər BPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova  müəyyən olunaraq, polis idarəsinə gətirilib:

“Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. 

Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan  əsassız yazılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri