24 
Yan
2020
14:05
123
34
6970
Virtual karabakh

Xırdalanda avtomobil vuran iki məktəblidən XƏBƏR VAR

24 Yan, 2020
14:05
6970

Xırdalanda avtomobil vuran iki məktəblidən XƏBƏR VAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil Nazirliyi Abşeronda iki məktəblini maşın vurması ilə bağlı açıqlama yayıb. 

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Təhsil Nazirliyinin İctimayyətlə Əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov danışıb. 

Onun sözlərinə görə, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı məktəbə gedərəkən minik avtomobili vurub:

“Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini “Bakı City Hospital”da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri