27 
Yan
2020
04:12
9
138
4086
Virtual karabakh

Bakı-Salyan şossesində iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb - FOTO/VİDEO

27 Yan, 2020
04:12
4086

Bakı-Salyan şossesində iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza Bakı-Salyan magistralında qeydə alınıb.

Bəhruz Nəcəfli idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçərək yoluna davam etmək istəyib.

Nəticədə avtomobil işıqforun qırmızı işığında dayanan və Məhərrəm Hüseynlinin idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı M.Hüseynli xəsarət alıb. Əraziyə Səbail Rayon DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri