27 
Yan
2020
10:29
164
57
2745
Virtual karabakh

“Könüllü qonaq” Zaqatala - FOTO

27 Yan, 2020
10:29
2745

“Könüllü qonaq” Zaqatala - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsü Zaqatala gəncləri tərəfindən davam etdirilib.

Oxu.Az xəbər verir ki, gənclər rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan növbəti sakinin evinə baş çəkiblər.

Adıçəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.

İş prosesi sonrası isə gənclər ailələr ilə çay süfrəsində səmimi söhbətlər edir və bu əsnada ailələr öz həyat hekayələrini #konulluqonaqlar ilə paylaşırlar.

Gənclər məişətlə bağlı ev sahibinə kömək göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri