28 
Yan
2020
16:17
124
20
6103
Virtual karabakh

Daha bir qurumdan koronavirusla bağlı - QƏRAR

28 Yan, 2020
16:17
6103

Daha bir qurumdan koronavirusla bağlı - QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi  koronavirusla bağlı nəzarət tədbirlərini gücləndirib.

AQTA-dan Oxu.Az-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, son zamanlar Çin ərazisində meydana gələn 2019-nCoV koronavirus xəstəliyi dünyanın  bir sıra ölkələrinə yayılmaqdadır. Koronovirusun ilk yoluxan insanlara birbaşa heyvanlardan keçdiyi müəyyən olunub.

Bununla əlaqdar olaraq, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliyin olduğu ölkələrdən gətirilən diri heyvanlar, heyvan mənşəli  məhsullar və dəniz məhsullarının digər ölkələrə girişinə xüsusi nəzarət tədbirlərinin gücləndirilməsi məsləhət görülür. 

AQTA respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çindən ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri