28 
Yan
2020
17:51
29
68
3717
Virtual karabakh

Gənclər üçün unikal layihəyə start verilib - FOTO

28 Yan, 2020
17:51
3717

Gənclər üçün unikal layihəyə start verilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvar 25-də İxtisas.az portalının təqdimatı olub və bununla da Azərbaycanda ilk dəfə 8-11-ci sinif şagirdləri üçün unikal layihəyə start verilib.

Oxu.Az xəbər verir ki, layihə bakalavr təhsili almaq istəyən abituriyentlərin gələcəkdə düzgün ixtisas seçiminə dəstək olmaq məqsədilə yaradılıb.

Adıçəkilən mövzu Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları ərəfəsində aktual problemə çevrilir. İstər gənclərin, istərsə də onların valideynlərinin istənilən peşə haqqında düzgün təsəvvürünün olmaması, seçilən peşə üçün hansı şəxsi keyfiyyətlərin tələb edildiyini nəzərə almaması, ələlxüsus da valideynlərin istək və arzularının təsiri gənclərin peşə seçimlərində yanlışlıqlara yol vermələrinə gətirib çıxarır.

Təhsil Nazirliyinin, dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının, iş adamlarının, universitet və məktəblərin nümayəndələrinin də qatıldığı təqdimat böyük marağa səbəb olub. Təqdimatda qonaqlar layihənin fəaliyyət istiqamətləri haqqında məlumatlandırılıblar.

Portala daxil olan hər bir istifadəçinin qeyd edilən ixtisaslar üzrə məlumatlar, üç növ peşə seçimi testi, peşəkarlardan məqalələr, canlı konsultasiya, mütəxəssislər tərəfindən mentorluq dəstəyi kimi xidmətlərdən tam ödənişsiz yararlana biləcəyi bildirilib. Həmçinin, layihənin sonrakı mərhələsində nələrin nəzərdə tutulduğu barədə də məlumat verilib.

​Layihə rəhbəri Toğrul Ələkbər gənclərlə 10 illik iş təcrübəsinə dayanaraq bildirib ki, onların karyerasında istədiyi uğuru qazana bilməmələrinin səbəblərindən biri də bacarıqlarına və şəxsi keyfiyyətlərinə uyğun olmayan və sevmədikləri ixtisası seçmələrindən irəli gəlir.

O söyləyib ki, bu, ölkəmizdə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarından sonra elan edilən müsabiqədə yer alan bütün ixtisaslar barəsində internetdə doğma dildə kifayət qədər informasiya olmaması və gənclərin bu sahə üzrə mütəxəssisləri tanımamasından irəli gəlir. Və məhz bu səbəbdən də komandası ilə birlikdə artıq gənclərin istədikləri peşə barəsində ətraflı məlumata sahib ola biləcəkləri portal ərsəyə gətirib.

Toğrul Ələkbər: “Hər bir gəncin peşəsini və bacardığı işi sevməsi vacibdir. Peşə seçimini düzgün etməyən və sevmədiyi işdə çalışan insanın faydalılıq əmsalı yaxşı ola bilməz. Bu layihə vasitəsi ilə biz onlara istiqamət verir, nümunələr təqdim edirik.

İxtisas.az portal vasitəsilə gənclər Azərbaycan dilində informasiya əldə edə biləcəyi mənbəyə sahib olacaqlar və hər bir ixtisasın ətraflı təsviri, iş öhdəlikləri, gələcəkdəki iş imkanları və perspektivləri, lazım ola biləcək bacarıq və biliklər haqqında dəqiq və obyektiv məlumatlar əldə edəcəklər.

Layihənin, eyni zamanda, “YouTube” kanalı da istifadəyə verilib. Kanal vasitəsi ilə müxtəlif ixtisaslar üzrə mütəxəssislərdən alınmış videomüsahibələr gənclərə təqdim ediləcək.

Layihənin regional tərəfdaşı Gənclərin İnkişaf və Karyera Mərkəzi, sponsoru isə “Pasha Holding”dir”.

Qeyd edək ki, layihənin 2019-2020-ci tədris ilində minimum 500 min şəxsə öz töhfəsini verəcəyi nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri