29 
Yan
2020
03:21
43
36
3234
Virtual karabakh

Gənc əkinçilər çay plantasiyasına səfər edib – FOTO/VİDEO

29 Yan, 2020
03:21
3234

Gənc əkinçilər çay plantasiyasına səfər edib – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “Gənc Əkinçilər” layihəsi başa çatıb.

Oxu.Az xəbər verir ki, 3 gün davam edən layihə Lənkəran şəhərində keçirilib. Gənclər çay plantasiyası ilə tanış olub, çay muzeyinə səfər edib. Layihə çərçivəsində “Gənc Əkinçilər” müxtəlif mövzularda keçirilən təlimlərdə iştirak edib. Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM-nin) mütəxəssiləri təlim iştirakçılarına məlumatlar çatdırıblar.

Layihənin əsas məqsədi gənclərə bitkilərə düzgün aqrotexniki qulluğun göstərilməsi barədə məlumatlar vermək, gübrələrdən uyğun istifadə edilməsi, bitki zərərvericilərinə və xəstələliklərinə qarşı mübarizə tədbirlərinin aşılanmasıdır.

Layihənin sonuncu günü iştirakçılar Lənkəranda yerləşən çay plantasiyasına səfər ediblər. Burada onlara çayın əkin texnologiyası, becərilmə qaydaları və emal prosesi barədə ətraflı məlumat verilib.

Daha sonra çay muzeyi ilə tanış olan gənc əkinçilər “Lənkəran çayı” brendi altında istehsal olunan 32 növ çay nümunələri ilə tanış olublar.

Sonda layihədə fərqlənən gənclərə sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, “Gənc Əkinçilər” layihəsinin əsas istiqaməti gənclərin bu sahəyə marağının artırılması və kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmanı təmin etməkdir.

Rövşən Əzimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri