29 
Yan
2020
17:17
15
195
8061
Virtual karabakh

Masallıda ölən 16 yaşlı gəlinlə bağlı araşdırmalara başlandı - RƏSMİ

29 Yan, 2020
17:17
8061

Masallıda ölən 16 yaşlı gəlinlə bağlı araşdırmalara başlandı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda  toyundan iki həftə sonra sonra vəfat edən gəlinlə bağlı məsələyə münasibət bildirib. 

Qurumun İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, baş verən faktla bağlı araşdırmalara aparır:

“Masallıda baş verən ölüm hadisəsi ilə bağlı Komitənin rayonda yerləşən Qadın Resurs Mərkəzinin monitorinq komissiyası vasitəsilə araşdırma aparılır. Məsələ ilə bağlı araşdırmalara hüquq-mühafizə orqanları da cəlb edilib”.

Komitə rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur:

“18 yaşına çatmayanlar uşaq hesab edilir. Uşaq hüquqları haqqında qanuna və beynəlxalq konvensiyalara əsasən, uşaq nikahları yolverilməzdir. Baş vermiş fakt onu göstərir ki, onların 16 yaşı var, qeyri-rəsmi nikah yaşıdır. Uşaq nikahlarına yox deyilməlidir, uşaqların nikahına şərait yaradan valideynlər məsuliyyətə cəlb edilməlidir”.

Qeyd edək ki, yanvarın 29-da Xoşçobanlı kəndində naməlum şəraitdə 16 yaşlı gəlin ölüb. İki həftə əvvəl Həsənli kənd sakini, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mais qızı Xoşçobanlı kənd sakininə ərə gedib. Yeni evlənən bəyin isə 19 yaşı olub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri