30 
Yan
2020
11:25
13
97
2929
Virtual karabakh

Vüqar Qurbanov: “Son bir ayda 700-ə yaxın bahalı əməliyyatlarla bağlı müraciətlər daxil olub” - VİDEO

30 Yan, 2020
11:25
2929

Vüqar Qurbanov: “Son bir ayda 700-ə yaxın bahalı əməliyyatlarla bağlı müraciətlər daxil olub” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın şimal bölgəsində pilot layihədən əlavə 24 regionu əhatə edən tibbi sığortanın tətbiqinə başlanılıb.

Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması" mövzusunda keçirilən təlimdə deyib.

O bildirib ki, məqsəd keyfiyyətli tibbi xidməti insanlar üçün əlçatan etməkdir. Bu sistemdə tibbi sığorta səhiyyə sistemində yeniliklərə imza atmağa hazırlaşır:

“Artıq bir aya yaxındır ki, şimal bölgəsində əhali icbari tibbi sığorta sistemindən istifadə edir. Bu ərazilərdə müraciətlər kifayət qədər çoxdur. 700-ə yaxın bahalı əməliyyatlar üzrə müraciətlər daxil olub və onların əhali üçün təmin edilməsi məsələsinə baxılır. Səhiyyəyə çəkilən xərclər kifayət qədər böyük məbləğdir. Bizim məqsədimiz isə əhalinin üzərinə düşən yükü nisbətən azaltmaqdır”.

Əsas məqsədlərdən birinin əhalinin səhiyyə xərcləri ilə maliyyə yükünün azaldığını deyən V.Qurbanov əlavə edib ki,  aprelin 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacağını diqqətə çatdırıb.

V.Qurbanovun sözlərinə görə, iki və daha artıq müəssisələrdə işləyən, iki və daha çox mənbədən gəlir əldə edən şəxslər hər bir gəlir və iş yeri üzrə ayrı-ayrılıqda icbari tibbi sığorta haqqı ödəməlidir:

“Vətəndaş tibbi xidmətə müraciət etdikdə ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri olmalıdır. Hər bir ailə həkiminə 1800-2500 şəxs, ailə pediatrı həkimlərinə 800-ə qədər uşaq təhkim oluna bilər”. 

V.Qurbanov onu da əlavə edib ki, vətəndaş xəstəxanaya gəldikdə mütləq şəkildə şəxsiyyət vəsiqəsini təqdim edib qeydiyyatdan keçməlidir:

“Xəstə tibb müəssisəsinə və ya xəstəxanaya müraciət edən zaman orada yatılı müalicə almağı tələb edə bilməz. Buna xəstəyə baxış keçirən ixtisaslı həkimlər qərar verə bilər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri