Fev
2020
13:14
14
61
3140
Virtual karabakh

Koronavirus testləri Azərbaycanda kimlərə tətbiq olunacaq?

3 Fev, 2020
13:14
3140

Koronavirus testləri Azərbaycanda kimlərə tətbiq olunacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirus epidemiyasının diaqnostikası ilə bağlı Azərbaycana gətirilən testlər üçün nümunələr virusa yoluxan şəxslərlə ünsiyyətdə olanlar və həmin bölgədən qayıdanlardan götürülür. Bunu ancaq tibb işçiləri edə bilərlər”.

Bunu Report-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, götürülən nümunələrin cavabı təxminən iki günə məlum olur:

“1 saylı Kliniki Tibbi Mərkəzdə həkim nəzarətində olan şəxslərdən götürülən nümunələr həmin testlər vasitəsilə yoxlanılıb və nəticələr mənfi çıxıb”.

Xatırladaq ki, testlər ölkəyə Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə gətirilib.

Qeyd edək ki, testlər Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindədir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri