Fev
2020
14:26
17
216
4965
Virtual karabakh

Bakıda 43 yaşlı kişi kəskin ağciyər-ürək çatışmazlığından öldü

3 Fev, 2020
14:26
4965

Bakıda 43 yaşlı kişi kəskin ağciyər-ürək çatışmazlığından öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir nəfər ölüb.

Oxu.Az xəbər verir ki, yanvarın 30-da təcili tibbi yardım maşını ilə prekomatoz vəziyyətində Şəki rayon sakini, 1977-ci il təvəllüdlü xəstə Ağciyər İnstitutuna gətirilib.

Həkimlər tərəfindən xəstəyə ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi VMB (+), kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu qoyulub.

Xəstə bu gün səhər saatlarında kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.

TƏBİB ölüm faktını Oxu.Az-a təsdiqləyib.

Qeyd edək ki, bu, yanvarın 15-dən indiyədək institutdakı doqquzuncu ölüm hadisəsidir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri