Fev
2020
14:48
87
56
5075
Virtual karabakh

Bakıda tarakanların “at oynatdığı” restoranla bağlı araşdırmalara başlanıldı - RƏSMİ

3 Fev, 2020
14:48
5075

Bakıda tarakanların “at oynatdığı” restoranla bağlı araşdırmalara başlanıldı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonu ərazisində yerləşən “50 Qəpik” adlanan restoranda antisanitar vəziyyətlə bağlı rəsmi olaraq araşdırmalara başlanılıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

Agentlikdən vurğulanıb ki, qeyd edilən məsələ ilə bağlı məlumatlar mediadan götürülüb və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı məlumat veriləcək.

Xatırladaq ki, ötən gün “Xətai” metrostansiyasının yaxınlığında yerləşən “50 Qəpik” adlanan restoranda yeməklərin yanında tarakanın gəzdiyinə dair videogörüntülər yayılmışdı.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri