Fev
2020
13:05
132
25
6546
Virtual karabakh

Məhkəmə Zamirə Hacıyeva barəsində qərar verəcək - FOTO

5 Fev, 2020
13:05
6546

Məhkəmə Zamirə Hacıyeva barəsində qərar verəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva İngiltərədə məhkəmə önünə çıxacaq.

Northwaleschronicle.co.uk-un yaydığı xəbərə görə, Z.Hacıyeva Londonda 10 il ərzində “Harrods”da 16 milyon funtsterlinqdən artıq pul xərclədiyi üzə çıxandan sonra onunla bağlı Böyük Britaniyanın İzahedilməmiş Sərvət Sərəncamı əsasında araşdırma başladılıb.

“McMafia” adlandırılan Z.Hacıyeva bu prosedurla məhkəməyə cəlb edilən ilk şəxs olub. Z.Hacıyeva ona qarşı irəli sürülən ittihamları rədd edərək, bunun ədalətsiz bir ittiham olduğunu bildirib.

Baş Ədliyyə Lordu Brunnetin rəhbərliyi ilə bu gün məhkəmə Z.Hacıyeva barəsində qərar verəcək.

İstintaq materiallarında Z.Hacıyevanın on il ərzində xərclədiyi sərvət qeyd edilib. Bildirilir ki, o, təkcə bir gün ərzində 600 min funt sterlinq xərcləyib. “Christie's”dən olan 49 zinət əşyasına 400 min funt sterlinq ödəyib. Z.Hacıyeva və C.Hacıyev Naytsbricdə Volton prospektində yerləşən malikanələrini 2009-cu ildə 11,5 milyon funt sterlinqə alıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri