Fev
2020
15:09
200
14
3337
Virtual karabakh

47 ildir mühərrik ustası olan qadın - VİDEO

6 Fev, 2020
15:09
3337

47 ildir mühərrik ustası olan qadın - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlaxda yaşayan Xuraman Məmmədova adətən kişilərin seçdiyi sənətlə məşğul olduğu üçün hamını təəccübləndirir.

Baku TV xəbər verir ki, divardakı güllər bu təmir sexində çalışanın qadın olmasından xəbər verir. 

X.Məmmədovanın 65 yaşı var. O, 47 ildir su mühərriki, tozsoran, ətçəkən və digər elektrik avadanlıqlarının təmiri ilə məşğuldur. 

Xanım usta bildirir ki, ona Bərdə, Tərtər, Ağdaş, Ucardan da müraciət edənlər var. O, sarğısı yanan mühərriki bir saata işlək vəziyyətə gətirir. X.Məmmədova gün ərzində 4-5 mühərrik təmir edə bilir. 

Peşəsi çətin olsa da, o sənətinə vurğundur. Qazancı da qane edir. Yevlaxlı usta maraqlı hadisələrlə də az qarşılaşmır. Bəzən onunla mübahisə edənlər olur ki, qadından usta olar?! 

Rayonda X.Məmmədovaya “təqaüdçülərin anası” da deyirlər. Xanım usta hər zaman onları növbəsiz yola salır, həm də zəhmət haqqını az alır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri