Fev
2020
10:21
12
41
1932
Virtual karabakh

Heydər Əliyev Beynəlxalq Aeroportunda punktual aviaşirkətlərin adları açıqlandı

7 Fev, 2020
10:21
1932

Heydər Əliyev Beynəlxalq Aeroportunda punktual aviaşirkətlərin adları açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Beynəlxalq Aeroportu 2020-ci ilin yanvar ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, 2020-ci ilin yanvar ayı ərzində Bakıdan yola düşərkən “China Southern” (Çin) və “Ural Hava Yolları” (Rusiya) 100% punktuallıq göstərib.

“Aeroflot”, “Etihad Airways” və “Turkish Airlines” aviaşirkətləri planlaşdırılan uçuşların ən azı 90 faizini cədvələ uyğun yerinə yetiriblər. “Kuwait Airways” (88,9%), “UIA” (88,2%),  “Nordwind” (87,5%) və “Iraqi Airways” (85,7%) aviaşirkətləri həmçinin yüksək nəticələr göstərib.

Ümumilikdə isə 2020-ci ilin yanvar ayı ərzində uçuşların 71 faizi planlaşdırılan cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.

Qeyd edək ki, ümumilikdə 2020-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 60-dan çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirən 32 sərnişin aviaşirkətinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri