Fev
2020
11:28
67
25
2086
Virtual karabakh

ARB24 “Deutche Welle” ilə əməkdaşlıq edəcək

8 Fev, 2020
11:28
2086

ARB24 “Deutche Welle” ilə əməkdaşlıq edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ilk xəbər kanalı olan ARB24 beynəlxalq əlaqələrini genişləndirir.

Bu günlərdə ARB24 telekanalı ilə Almaniyanın “Deutsche Welle” beynəlxalq ictimai teleradio şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Oxu.Az xəbər verir ki, razılaşmaya əsasən, ARB24 telekanalına “Deutsche Welle”nin bir sıra verilişlərini yayımlamaq hüququ verilib.

Əməkdaşlıq iki mərhələdə həyata keçiriləcək. İlk mərhələdə dünyada maraqla izlənilən “Tomorrow Today”, “Global3000” və “Reporter” layihələri ARB24-də yayımlanacaq. Növbəti mərhələdə isə, daha beş layihənin yayımlanması nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində birgə teleməhsulların istehsalı da planlaşdırılır.

Bu sazişlə ARB24 “Deutsche Welle”nin Azərbaycanda ilk tərəfdaşı olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri