Fev
2020
13:44
150
30
3830
Virtual karabakh

İsmayıllıda ağacları kəsən şəxsin kimliyi bilindi - VİDEO

8 Fev, 2020
13:44
3830

İsmayıllıda ağacları kəsən şəxsin kimliyi bilindi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı rayonunda irigövdəli ağacları kəsən şəxs müəyyən olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İsmayıllı şəhəri M.Orucov, 124 ünvanında 12 ağacın kəsildiyi aşkar edilib. 

Araşdırma zamanı ağacların sözügedən ərazinin mülkiyyətçisi - İsmayıllı şəhər sakini Nazim Bağıyevin göstərişi ilə kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib. Təbiətə 7800 manat məbləğində ziyan dəydiyi bildirilir. 

Məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər İsmayıllı rayon Prokurorluğuna göndərilib.

Qeyd edək ki, dünən Oxu.Az İnformasiya Agentliyi İsmayıllıda ağacların kəsilməsi ilə bağlı xəbər verib. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri