10 
Fev
2020
08:49
18
144
2932
Virtual karabakh

Bakıda güclü külək altı ağacı kökündən qopardı - FOTO

10 Fev, 2020
08:49
2932

Bakıda güclü külək altı ağacı kökündən qopardı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güclü külək paytaxtın bəzi rayonlarında ümumilikdə altı ağacı kökündən qoparıb. 

Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib:

“Əməkdaşlarımız tərəfindən şəhərin yaşıllıqları tam nəzarət altındadır. Bakının bir neçə rayonunda altı ağacın kökündən qopması ilə bağlı məlumat daxil olub. Onlardan bəziləri bərpa edilib. Bərpadan sonra inkişafını davam etdirə bilməyəcək vəziyyətdə olan ağaclar isə kəsilərək ərazidən götürülüb.

Bundan başqa, güclü küləyin təsirindən paytaxda 20-yə yaxın ağacın budaqları sınıb, əyilərək qəzalı vəziyyətə düşüb. Həmin ağacların qəzasını aradan qaldırmaq üçün müvafiq tədbirlər aparılır.

Külək paytaxt ərazisində çox ciddi fəsadlar yaratmayıb. Xoşbəxtlikdən xəsarət alanlar olmayıb. Birliyin bütün şəxsi heyəti Bakı şəhər İcra Hakimiyyətinin xəbərdarlığına əsasən, gücləndirilmiş iş rejimində çalışır. Küləyin sürəti azalana qədər əməkdaşlarımız gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”.

Birlik rəsmisi vurğulayıb ki, vətəndaşlar ağac aşmaları, yaşıllıqlarla bağlı hər hansı problemlə rastlaşanda (012) 570 73 30 / 440 15 34 şəhər nömrələri vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin qaynar xəttinə müraciət edərək, məlumat verə bilərlər.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri