10 
Fev
2020
14:59
12
227
2928
Virtual karabakh

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb

10 Fev, 2020
14:59
2928

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bazar günü Bakıda dəm qazından zəhərlənən üç nəfərdən ikisi ölüb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Fevralın 9-da səhər saatlarında Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən evin hamamında 26 yaşlı İman Hörmətovun meyiti tapılıb.

Bundan başqa bildirilir ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində 14 yaşlı Nərgiz Həmmədli də dəm qazından zəhərlənərək ölüb.

Xəzər rayonunun Binə qəsəbəsində isə 16 yaşlı Fatimə Ağayeva dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri