10 
Fev
2020
15:33
108
99
3189
Virtual karabakh

“Könüllü qonaq” Qazax və Şəmkirdə - FOTO

10 Fev, 2020
15:33
3189

“Könüllü qonaq” Qazax və Şəmkirdə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Regionlarda “Könüllü qonaq” təşəbbüsü öz axarında, dayanmadan davam edir. Gənclərimiz böyük həvəs və eyni zamanda, məsuliyyətlə təşəbbüsdə iştirak edirlər.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsü Qazax və Şəmkir gəncləri tərəfindən davam etdirilib.

Gənclər yaşadıqları rayon ərazisindəki qayğıya ehtiyacı olan növbəti sakinlərin evinə baş çəkiblər.

Gənclər məişətlə bağlı ev sahibinə kömək göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Xatırladaq ki, adıçəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri