11 
Fev
2020
10:13
10
190
3598
Virtual karabakh

Şəmkirdə ev yandı: Ölən və yaralananlar var - YENİLƏNİB

11 Fev, 2020
10:13
3598

Şəmkirdə ev yandı: Ölən və yaralananlar var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə baş verən yanğında daha bir nəfər yanıq xəsarəti alıb.

APA-nın məlumatına görə, bu, 1957-ci il təvəllüdlü Əhmədov Rüstəm Süleyman oğludur. 

Həmçinin hadisə zamanı ölən qadının da adı açıqlanıb. Bu, 1960-cı il təvəllüdlü Əhmədova Mehi Bayraməli qızıdır.

09:06

Şəmkir rayonunda yanğın olub.

APA-nın məlumatına görə, hadisə rayonun Ələsgərli kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Zöhrab Rüstəm oğluna məxsus ev yanıb. Hadiə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Hadisə zamanı ev sahibi və övladı - 2011-ci il təvəllüdlü Əhmədov Rüstəm Zöhrab oğlu ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətləri ağır olduğu üçün onlar Gəncə şəhərinə, oradan da Bakıya aparılıb.

Yanğın zamanı evdə bir qadın ölüb. Hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri