13 
Fev
2020
11:19
240
19
5807
Virtual karabakh

DYP tanınmış vəkilə görə cərimələndi

13 Fev, 2020
11:19
5807

DYP tanınmış vəkilə görə cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vəkil Bəhruz Bayramova görə 1000 manat cərimə edilib.

Oxu.Az xəbər verir ki, bu barədə B. Bayramov özünün sosial şəbəkədəki səhifəsində yazıb. 

O, bildirib ki, BDYPİ-yə qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, rəsmi təkzib, üzr istəmək, maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia qaldırıb. Yasamal Rayon Məhkəməsi iddianın təmin edilməməsi barədə qətnamə cıxarıb: 

“Bu gün Apellyasiya Məhkəməsində həmin qətnamədən verdiyim şikayətə baxıldı. Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv olundu və iddia tələbi qismən təmin olundu. Belə ki, iddiamın maddi-mənəvi ziyan hissəsi təmin olunaraq, həmin idarənin mənə 1000 manat ödənilməsi qət olundu”.

Xatırladaq ki, BDYPİ iki il əvvəl vəkilin sərxoş halda avtomobil idarə etdiyinə görə saxlanması haqda məlumatları, sərxoşluq müayinəsindən keçirilməsi barədə görüntüləri saytlarda, telekanallarda yaymışdı. Həmin məlumat və görüntülərlə ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna zərbə vurulduğunu deyən vəkil buna görə idarədən üzr, xəbərin tirajlandığı telekanallarda təkzib verilməsini, 300 min manat da təzminat tələb edirdi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri