13 
Fev
2020
11:49
153
18
1816
Virtual karabakh

“Quş qripi” ilə bağlı 12 ölkədən gətirilən məhsullara qadağa qoyulub - RƏSMİ

13 Fev, 2020
11:49
1816

“Quş qripi” ilə bağlı 12 ölkədən gətirilən məhsullara qadağa qoyulub - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu il 12 ölkədə yüksək patogen quş qripinin (YPQQ) aşkarlanması nəzərə alınaraq, bu ölkələrin xəstəlik baş verən ərazilərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub”. 

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, quş və quşçuluq məhsulları yüksək riskli məhsullar qrupuna aid edildiyindən ölkəyə idxal edilən məhsulun hər bir partiyası laboratoriya müayinəsinə cəlb olunur:

“Ukraynanın xəstəlik qeydə alındığı Vinnitsa vilayətindən başqa, digər vilayətlərdən də daxil olan məhsullar müayinə edilərkən quş qripi xəstəliyinin törədicisi olan “H9” serotipi aşkarlandığı üçün ölkənin bütün ərazisinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Hazırda coğrafi baxımından xəstəlik dünyada çox geniş arealda yayılıb. Polşanın Şetsin və Lyubuske vilayətləri ilə sərhəddə yerləşən Almaniyanın Bradenbur vilayətində vəhşi quşlarda, Fransanın Strasburq vilayəti ilə sərhəddə yerləşən Almaniyanın Baden-Vurtemberq vilayətində isə ev təsərrüfatında YPQQ qeydə alınıb. Bununla yanaşı, Ərəbistan yarımadasında baş vermiş xəstəliyin köçəri quşlar vasitəsilə ölkəmizə gətirilməsinə yüksək epizootoloji risk mövcuddur”. 

Qeyd edək ki, AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu risklə bağlı əhaliyə birgə müraciət edərək, vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa çağırıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri