15 
Fev
2020
12:31
133
30
2340
Virtual karabakh

Nazir müavini: “Autizmli uşaqların cəmiyyətə inteqrasiya imkanları artırılmalıdır”

15 Fev, 2020
12:31
2340

Nazir müavini: “Autizmli uşaqların cəmiyyətə inteqrasiya imkanları artırılmalıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda uşaqlar il ərzində 14-dən çox sosial müdafiə növlərindən faydalanır.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli Fərdlər” Konqresində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda həssas, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində səylər davam etdiriləcək:

“Azərbaycanda uşaqların sosial problemlərinin həlli ölkədə aparılan sosial islahatların vacib prioritet istiqamətlərindən biridir. Göstərilən qayğının nəticəsi olaraq, 2019-cu ildə ölkə başçısının sərəncamı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əlavə olaraq, beş milyon manat vəsait ayrılıb. Ötən dövrdə ölkədə sosial layihələrin sayı 220-ni ötüb. Ötən il autizmli uşaqlar üçün sosial layihə icra olunub.

Layihə çərçivəsində 800-dən artıq autizmli uşaq üçün reabilitasiya xidmətləri göstərilib və bu prosesə səkkizdən çox qeyri-hökumət təşkilatı cəlb olunub. Bu, inklüziv cəmiyyətin yaradılması üçün olduqca vacib layihədir”.

A.Kərimov qeyd edib ki, autizmli uşaqların cəmiyyətə inteqrasiya imkanları artırılmalıdır:

“Xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir. Onlar arasında autizmli uşaqlar əsas yer tutur.

Ötən dövr ərzində internat və uşaq evlərinin inkişafı layihələri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 və 2 saylı Sosial Xidmət müəssisələrində 300-ə yaxın uşağın xidmət alması üçün şərait yaradılıb”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri