15 
Fev
2020
14:47
48
320
6129
Virtual karabakh

DİN-dən qanunsuz aksiya keçirmək istəyənlərə XƏBƏRDARLIQ

15 Fev, 2020
14:47
6129

DİN-dən qanunsuz aksiya keçirmək istəyənlərə XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq və ya yürüş keçirməyə cəhd edilərsə, bu, qanunsuz aksiya hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək.

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib. 

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti “Müsavat”, REAL partiyaları, D18 təşkilatı və bir neçə müstəqil namizədin mitinq keçirməklə bağlı müraciətinə baxıb və qərar qəbul edib: 

“Mitinqin fevralın 16-da, saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsindəki stadionda keçirilməsinə razılıq verilib. Bundan başqa, dünən mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq müvafiq qanunvericiliyin tələbləri izah edilib və icazə verilən yerdən başqa digər ərazidə mitinqin keçirilməsinin yolverilməz olduğu bir daha onların nəzərinə çatdırılıb.

Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq və ya yürüş keçirməyə cəhd edilərsə, bu, qanunsuz aksiya hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək.

Onu da vurğulayım ki, belə cəhdlərin qarşısı alınarkən ictimai asayişi bərpa edən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadisələrin məsuliyyəti həmin razılaşdırılmamış mitinqin təşkilatçılarının üzərinə düşəcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri