16 
Fev
2020
20:00
19
408
8695
Virtual karabakh

İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü xəstəxanada dünyasını dəyişdi - VİDEO

16 Fev, 2020
20:00
8695

İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü xəstəxanada dünyasını dəyişdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişlidə məskunlaşan məcburi köçkün ailəsinin turşudan zəhərlənən 15 yaşlı qız övladı reanimasiya şöbəsində ölüb. 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 12-də Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Ağayev Elman Mahmud oğlu, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Ağayeva Səyalı Sarış qızı və onların qızları - 2005-ci il təvəllüdlü Ağayeva Samirə Elman qızı zəhərlənmə diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib. 

Vəziyyətləri ağır olan ər və arvad daha sonra paytaxtda yerləşən 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə göndərilib və daha ağır vəziyyətdə olan Səyalı Ağayeva orada vəfat edib. 

Komatoz vəziyyətdə rayon xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən ailənin 15 yaşlı qızı Samirə isə bu gün xəstəxanada ölüb. 

Zəhərlənməyə səbəb konservləşdirilmiş pomidor turşusundan hazırlanan xörək olub. İlkin olaraq onlara botulizm diaqnozu qoyulub. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri