17 
Fev
2020
13:30
125
21
2964
Virtual karabakh

Bakıda azyaşlıların yol hərəkəti qaydalarını pozması nəzarətə götürülüb - RƏSMİ

17 Fev, 2020
13:30
2964

Bakıda azyaşlıların yol hərəkəti qaydalarını pozması nəzarətə götürülüb - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məktəbli azyaşlılar və yeniyetmələrin profilaktikası istiqamətində həyata keçirilən tədbirlər kampaniya xarakteri daşımır. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ müzakirə olunmur, dərhal icra edilir”.

Bunu azyaşlılar tərəfindən yol hərəkət qaydalarının pozulması ilə bağlı mətbuatın sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. 

O qeyd edib ki, uşaq hüquqları üzrə vəzifələrin icrası istiqamətində daxil olan bütün müraciətlərə diqqətlə yanaşılır:

“Təkcə rəsmi müraciətlər yox, eyni zamanda sosial şəbəkələrdə, mətbuatda uşaq hüquqlarının pozulması ilə bağlı yayılan məlumatlar da nəzarətə götürülür, yoxlanılır, araşdırılır və müvafiq tədbirlər həyata keçirilir. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ müzakirə olunmur, dərhal icra edilir”. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri