18 
Fev
2020
13:03
45
80
1779
Virtual karabakh

Region gəncləri “Könüllü qonaq” təşəbbüsünü davam etdirirlər - FOTO

18 Fev, 2020
13:03
1779

Region gəncləri “Könüllü qonaq” təşəbbüsünü davam etdirirlər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Regionlarda “Könüllü qonaq” təşəbbüsü öz axarında, dayanmadan davam edir. Gənclərimiz böyük həvəs və eyni zamanda, məsuliyyətlə təşəbbüsdə iştirak edirlər.

Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsü Qax, Quba və Lənkəran gəncləri tərəfindən davam etdirilib. Gənclər rayonları ərazisində yaşayan qayğıya ehtiyacı olan növbəti sakinlərin evlərinə baş çəkiblər.

Xatırladaq ki, adıçəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.

Gənclər məişətlə bağlı ev sahibinə kömək göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri