19 
Fev
2020
05:42
19
123
4636
Virtual karabakh

Qırmızı işıqdan keçən motosiklet yük maşınına çırpılıb, xəsarət alanlar var – FOTO/VİDEO

19 Fev, 2020
05:42
4636

Qırmızı işıqdan keçən motosiklet yük maşınına çırpılıb, xəsarət alanlar var – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Motosikleti sürətlə idarə edən gənc sürücünün yük avtomobilinə çırpılması nəticəsində iki nəfər xəsarət alıb

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda Rəşid Behbudovla Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkətdə olan motosikletin sürücüsü qırmızı işığın tələbinə məhəl qoymayaraq qarşısına çıxan “Qazel” markalı yük maşınına çırpılıb.

Nəticədə motosikletin sürücüsü 19 yaşlı Abdullayev Qorxmaz İldırım oğlu və sərnişin Heydərov İsmayıl Səfər oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Sərnişinin baş geyimi olmadığından onun vəziyyəti daha ağır kimi qiymətləndirilir.

Hadisə zamanı yük avtomobilinin yanacaq çəni zədələndiyindən ətrafa yanacaq dağılıb.

Baş verə biləcək bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə ətrafdakı vətəndaşların köməkliyi ilə asfalta dağılmış yanacaq yuyulub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Vüqar Ağayev

Tapdıq Afət oğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri