19 
Fev
2020
11:05
21
154
8136
Virtual karabakh

Bakıda milyonlarla manata satılan mənzillər - SİYAHI + FOTO

19 Fev, 2020
11:05
8136

Bakıda milyonlarla manata satılan mənzillər - SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda milyonlarla manata mənzillər satılır.

Oxu.Az xəbər verir ki, bu mənzillərin yerləşdiyi binaların əksəriyyəti şəhərin mərkəzində yerləşir və qiymətlərin baha olması da bununla əsaslanır. 

Paytaxtda satılan ən bahalı mənzilin dəyəri 6 205 000 manatdır. Yeddi otaqlı mənzil Nərimanov rayonunda yerləşir və ümumi sahəsi 365 kvadratmetrdir. 

Bakı şəhəri Nəsimi rayonunda yerləşən dörd otaqlı mənzil isə 5,2 milyon manata satılır. Mənzilin ümumi sahəsi 220 kvadratmetrdir.

Şəhərin Xətai rayonunda da qiyməti dodaq uçuqladan mənzil satılır. 4,8 milyon manata olan 20 otaqlı mənzil binanın birinci mərtəbəsində yerləşir və 1000 kvadratmetr sahəyə malikdir. 

“Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyası yaxınlığında 3,5 milyon manata altı otaqlı mənzil satılır. Mənzilin ümumi sahəsi 150 kvadratmetrdir.

Paytaxtın Nərimanov rayonunda “Gənclik” metrostansiyası yaxınlığında yeni tikilidə yeddi otaqlı ev satılır. Ümumi sahəsi 400 kvadratmetr olan mənzilin dəyəri 3,4 milyon manatdır. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri