19 
Fev
2020
15:51
12
251
4836
Virtual karabakh

Azərbaycanda xəstəxanada ölən şəxsin meyiti icazəsiz yarılıb? - AÇIQLAMA

19 Fev, 2020
15:51
4836

Azərbaycanda xəstəxanada ölən şəxsin meyiti icazəsiz yarılıb? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölən xəstənin meyitinin ailəsinin icazəsi olmadan yarıldığına və orqanlarının çıxarıldığına dair məlumatlar yayılıb. Məsələ sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə səbəb olmaqla yanaşı, insanları narahat edib.

Məsələ ilə bağlı Oxu.Az “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) müraciət edib. 

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölən xəstənin meyitinin yarılaraq orqanlarının çıxarıldığına dair yayılan məlumatlar əsassızdır.

Belə ki, sözügedən xəstənin meyiti ailə yaxınlarının müşayiəti ilə morqa göndərilib:

“Fəhlə kimi təqdim edilən 1982-ci il təvəllüdlü xəstə fevralın 13-ü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Həkim müayinəsi nəticəsində xəstəyə qanaxma, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Xəstənin vəziyyətinə uyğun olaraq həkimlər tərəfindən zəruri tibbi müdaxilələr edilib. Lakin xəstə həmin gün saat 15:00-da Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Xəstənin meyiti qohumlarının, qardaşının və polis əməkdaşlarının müşayiəti ilə morqa göndərilib. Heç bir orqan çıxarılması və ya digər məsələlərdən söhbət gedə bilməz”.

Məlumatda o da qeyd olunub ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında orqan mafiyası və digər neqativ hallarla bağlı şübhəsi olan şəxslər bu barədə hüquq-mühafizə orqanlarına şikayət edə bilərlər. 

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri