21 
Fev
2020
13:28
43
80
2347
Virtual karabakh

Bakıda çörək zavodu direktorunun otağından dörd min manat oğurlanıb

21 Fev, 2020
13:28
2347

Bakıda çörək zavodu direktorunun otağından dörd min manat oğurlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda çörək zavodunun direktorunun otağından qeyri-aşkar şəraitdə oğurluq edən şəxs saxlanılıb. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yanvarın 11-də Yasamal rayon ərazisində yerləşən çörək zavodunun direktorunun xidməti otağından dörd min manat oğurlanıb.

Faktla bağlı “102 Zəng Xidməti”nə müraciət daxil olub.

Həmin müraciət əsasında Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər CM-nin 177, 180, 185-ci maddələri ilə məhkum olunmuş Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü E.Həsənov müəyyən edilərək saxlanılıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri