24 
Fev
2020
11:26
124
14
5520
Virtual karabakh

Səfir Türkiyə-Azərbaycan sərhədinin bağlanmasından danışdı

24 Fev, 2020
11:26
5520

Səfir Türkiyə-Azərbaycan sərhədinin bağlanmasından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral İranda koronavirus təhlükəsi ilə bağlı Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsində də hərəkətin məhdudlaşdırmasına münasibət bildirib.

E.Özoral APA-ya açıqlamasında bildirib ki, məhdudiyyətlər fevralın 23-də axşam saat 17:00 radələrində qüvvəyə minib.

E.Özoral qeyd edib ki, İranda koronavirus təhlükəsi ilə əlaqədar Dilucu sərhəd-keçid məntəqəsində də bəzi tədbirlər görülüb:

“Bu tədbirlərlə bağlı Azərbaycanın rəsmi dairələrinə lazımi məlumatlar verəcəyik. Türkiyə rəsmiləri Azərbaycan rəsmiləri ilə əlaqə saxlayır, müzakirə aparırlar. Naxçıvanın çətin duruma düşməməsi üçün əlimizdən gələn səyləri göstərəcəyik”.

Səfir Dilucu sərhəd-keçid məntəqəsində məhdudiyyətlərlə bağlı tədbirlərin yeni tətbiq olunmağa başlandığını söyləyib:

“Bu gün həmin tədbirlərin konkret nələrdən ibarət olacağı dəqiqləşəcək”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri