24 
Fev
2020
12:18
91
57
2371
Virtual karabakh

Region gənclərimiz “Könüllü qonaq” olmağa davam edirlər

24 Fev, 2020
12:18
2371

Region gənclərimiz “Könüllü qonaq” olmağa davam edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” layihəsi bu həftə yenidən Biləsuvar və Goranboy gəncləri tərəfindən davam etdirilib. Gənclər rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan növbəti sakinlərin evlərinə baş çəkiblər.

Gənclər məişətlə bağlı ev sahibinə kömək göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Onlar çay süfrəsi arxasında səmimi söhbət edib, baş çəkdikləri ailəni maraqlandıran mövzular ətrafında söhbət aparıblar. 

Daha sonra region gəncləri ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Xatırladaq ki, adıçəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri