24 
Fev
2020
12:00
197
79
11675
Virtual karabakh

Azərbaycanda koronavirus olması ilə bağlı səs yazısını yayan şəxs tutulub? - RƏSMİ

24 Fev, 2020
12:00
11675

Azərbaycanda koronavirus olması ilə bağlı səs yazısını yayan şəxs tutulub? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə koronovirusla bağlı yayılan səs yazısına münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Whatsapp” sosial şəbəkəsində yayılan səs yazısı ilə bağlı araşdırma aparılır:

“DİN tərəfindən Mərkəzi Klinik Xəstəxanada koronavirusa görə xəstələrin olması ilə bağlı yanlış məlumatlar yayanlara qarşı tədbirlər görülür”.

E.Zahidov bildirib ki, hələlik bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən saxlanılan yoxdur.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə Mərkəzi Klinik Xəstəxanada koronavirusa görə xəstələrin olması ilə bağlı məlumat yayılıb.

İddialara görə, həmin şəxs bir həkim olub və hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, xəbərdarlıq edilib. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri