24 
Fev
2020
15:58
20
47
2127
Virtual karabakh

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı üzrə tanışlıq testi keçirilib

24 Fev, 2020
15:58
2127

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı üzrə tanışlıq testi keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 23-də “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət imtahanı sualları üzrə tanışlıq testi keçirilib. İştirakçılar  saat 11:00 və 15:00 olmaqla, iki sessiyada testə qatılıblar.

Tanışlıq testində abstrakt və məntiqi düşüncənin, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə olmaqla, üç bölmədə suallar təqdim edilib. Namizədlərə hər bölmədə beş sualı cavablandırmaq imkanı yaradılıb. Tanışlıq testinin cavablandırılması iştirakçıların növbəti mərhələlərdə nəticələrinə təsir etmir.

Əsas imtahanda iştirakçılar abstrakt düşüncənin yoxlanılması üzrə 20 suala ümumilikdə 20 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 18 sualın hər birinə iki dəqiqə ərzində cavab verməlidirlər. 

Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması bölməsində altı mətn və hər mətnə aid beş sual (cəmi 30 sual) təqdim olunur. Hər mətni oxumaq üçün iki dəqiqə, hər suala iki dəqiqə vaxt ayrılır.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin iki imtahanı Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. Namizədlər qabiliyyət üzrə əsas imtahana martın 1-də qatılacaqlar. Bu mərhələni də uğurla keçən iştirakçılar onlayn mərhələni başa vurmuş sayılır və onları qarşıda əyani mərhələ gözləyir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri