27 
Fev
2020
17:22
58
333
15909
Virtual karabakh

Bakı metrosunda hərəkət bərpa edilib - YENİLƏNİB + FOTO

27 Fev, 2020
17:22
15909

Bakı metrosunda hərəkət bərpa edilib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı metrosunda hərəkət bərpa edilib.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, saat 17:44-də sözügedən üç stansiyada - “Xalqlar Dostluğu”, “Həzi Aslanov” və “Elmlər Akademiyası” elektrik enerjisinin dayanıqlığı bərpa olunub.

Sərnişinlərin stansiyaya giriş-çıxışına icazə verilib.

16:40

Saat 15:48-də “Bakı Metropoliteni”nə gələn elektrik xətlərinə cərəyan verilməsi müvəqqəti olaraq dayanıb.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, yaranan fasilə metroda qatarların hərəkətində problem yaradıb:

“Hazırda metroya gələn elektrik xətlərində yaranan problem aradan qaldırılıb. Yalnız “Xalqlar Dostluğu”, “Həzi Aslanov” və “Elmlər Akademiyası” stansiyalarında gələn elektrik enerjisində dayanıqlılıq yoxdur. Bu səbəbdən üç stansiyanın fəaliyyəti dayandırılıb. Tunellərdə qalan qatarlar dizel generatorlarının köməyilə stansiyalara çıxarılıb. Sərnişinlər stansiyalardan təxliyyə olunur”.

16:24

Bakı metrosunda qatarlar tuneldə qalıb.

Oxu.Az xəbər verir ki, metroda yaranan problemə Bakının elektrik enerjisi təchizatında yaranan nasazlıq səbəb olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı Oxu.Az-a təsdiqləyib.

O bildirib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür:

“Metroda elektrik enerjisinin verilişində problem yaranıb, gərginlik səviyyəsi aşağı düşüb. Yəqin ki, problem bir neçə stansiyada müşahidə edilib. Hazırda dəqiqləşdirməyə çalışırıq.

İlkin məlumata görə, problem “Koroğlu” stansiyasından üzü “Həzi Aslanov” istiqamətinə hərəkət edən qatarlarda yaranıb. 

Təxliyyə məsələsi ilə bağlı yayılan məlumatlar əsassızdır. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Sosial şəbəkələrdə yazılır ki, qatarlar “Elmlər Akademiyası” metrostansiyasından “Gənclik” metrostansiyasına 20 dəqiqəyə gəlib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri