28 
Fev
2020
22:04
354
47
13833
Virtual karabakh

Azərbaycanda bu küçə öz-özünə işıqlanır - VİDEO

Qubanın Rustov kəndinin mərkəzi küçəsi öz-özünə işıqlanır. 

Baku TV xəbər verir ki, bu küçənin işıqlandırılmasında alternativ günəş enerjisindən istifadə olunur.

Bunun üçün ərazidə dörd ədəd günəş paneli quraşdırılıb. Bu panellər vasitəsi ilə kəndin mərkəzi küçəsi fasiləsiz olaraq işıqlandırılır.

Alternativ enerjinin üstünlüklərindən biri də elektriyə gərək olmadan, heç bir xərc tələb etmədən və işçi qüvvəsiz küçənin işıqlandırılmasıdır. 

İşıqlandırılma sistemi avtomotik olaraq işə düşür. Yəni gecə yanır, səhər isə özü sönür. Bu layihə Azərbaycan höküməti ilə ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən həyata keçirilib. 

Layihə həyata keçirilməmişdən əvvəl ərazinin relyefi və günəşin düşmə bucağı hesablanıb. Artıq dörd ildir ki, fasiləsiz olaraq istifadədə olan bu sistem 1600 sakini olan kəndə xidmət edir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri