Mar
2020
13:13
17
161
7192
Virtual karabakh

COVID-19 pulla keçə bilər? - BAŞ İNFEKSİONİST AÇIQLADI

5 Mar, 2020
13:13
7192

COVID-19 pulla keçə bilər? - BAŞ İNFEKSİONİST AÇIQLADI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirusun (COVID-19) pulla keçmək ehtimalı yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

O qeyd edib ki, virusdan qorunmaq üçün əlləri 20 saniyə sabunla yumaq vacibdir.

Baş infeksionist deyib ki, regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq:

“İnsanlarda xüsusi alqoritmlər yoxlanılacaq. Lazım gəlsə və xəstəlik aşkar olunarsa, həmin şəxslər karantinə alınıb, müalicə olunacaqlar. Xəstəliyin kliniki əlamətləri meydana çıxan halda istər Bakıda, istərsə də regionlarda həkimə müraciət etmək lazımdır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri